Bakı, TurkicWorld
İngiltərə və Uelsdə təxminən 1750 məhbus vaxtından əvvəl azad ediləcək.
TurkicWorld xəbər verir ki, Britaniya hökuməti həbsxanalardaki sıxlığı azaltmaq üçün nəzərdə tutulmuş plana uyğun olaraq cinsi zorakılıq, məişət zorakılığı, terrorizm və s. kimi ağır cinayətlər istisna olmaqla, təxminən 1750 məhbusu vaxtından əvvəl azad edəcək.
Beləliklə, 5 ildən az müddətə azadlıqdan məhrum edilən məhbuslar cəzalarının 40 faizini başa vurduqdan sonra azadlığa buraxılacaqlar.
Sıxlıqla əlaqədar Britaniya hökumətinin Estoniyada həbsxana icarəyə götürə biləcəyi də iddia edilmişdi.
Məhbusların vaxtından əvvəl azadlığa buraxılması İngiltərə və Uels həbsxanalarının baş müfəttişi Çarli Taylor Sky tərəfindən narazılıqla qarşılanıb.
Taylor verdiyi açıqlamada cinayətkarların bu cür erkən sərbəst buraxılmasının “riskli” olacağı deyib.
Gələn ay daha 2000 nəfərin sərbəst buraxılacağına diqqət çəkən Taylor, deyib ki, bu qədər cinayətkarın sərbəst buraxılması cəmiyyətdə ciddi problemlərə səbəb olacaq.
Qeyd edək ki, İngiltərə və Uelsdə 1991-ci ildə məhbus sayı 40 min idi.
Keçən həftə isə bu rəqəm artaraq 88 min 521-ə çatıb. Statistikaya əsasən məhbus sayının bütün zamanların ən yüksək həddinə çatdığı məlum olub.
Ötən ay İngiltərə və Uelsdəki kişi həbsxanalarında cəmi 83 boş yer qalmışdı.