Son dəqiqə

İngiltərə

İngiltərə əhalisinin 73 faizi ifrat sağçıların yüksəlişindən narahatdır

Bakı, TurkicWorld

İngiltərədə əhalinin 73 faizi ifrat sağçıların yüksəlişindən narahat olduqlarını bildirib.

TurkicWorld xəbər verir ki, İngiltərə əhalisi arasında ölkədə baş verən son hadisələrlə bağlı sorğu keçirilib.

İpsos araşdırma şirkəti 16-75 yaş kataqoriyası arasından 1100 şəxsin iştirakı ilə "Bölünmüş Britaniya" adlı sorğu keçirib.

Keçirilən sorğuda insanlar narahatlıqlarını dilə gətirib.

Anketə görə, iştirakçıların 85 faizi ölkədə ayrıseçkiliyin olduğunu deyib. 84 faiz insan isə ictimai xidmətlərdən şikayət edib. Onların 83 faizi İngiltərə iqtisadiyyatının pis vəziyyətdə olduğunu deyib.

Həmçinin, əhalinin 57 faizi ifrat sağçılara qarşı polisin apardığı mübarizədən razı olduqlarını bildirib.

Sorğuda iştirak edənlərin 39 faizi Baş nazir Keir Starmerin siyasətini bəyəndiyini qeyd edib.

İngiltərə Daxili İşlər Naziri İvette Kuperin fəaliyyətini isə iştirakçıların 30 faizi dəstəkləyib.

İştirakçıların 60 faizi son hadisələrə qarşı münasibətdə sosial media şirkətlərindən narazı olduqlarını bildiriblər.

Sorğuda iştirak edənlərin 73 faizi ölkədəki demokratiyadan razı olmadıqlarını, 74 faizi isə dini ekstremizmdən narahatçılıqlarını dilə gətiriblər.

Qeyd edək ki, bir müddət öncə İngiltərədə 3 azyaşlı qızın bıçaqlanaraq öldürülməsindən sonra sosial mediada hadisəni “müsəlman bir miqrantın” törətdiyi iddia edilmişdi.

Buna etiraz olaraq ifrat sağçılar nümayişlərə başlayaraq məscidlərə və miqrantların yaşadığı otellərə hücum etmişdilər.

Baş vermiş iğtişaşlarda onlarla polis yaralanmış, 100-dən çox etirazçı həbs edilmişdi.

Mövzuya görə xəbərlər