Son dəqiqə

NASA

Boeing-in Starliner servisində 3 helium sızması aşkar edilib

Bakı. TurkicWorld:

Boeing-in Starliner servisində 3 helium sızması aşkar edilib.

TurkicWorld xəbər verir ki, Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) X sosial media platformasında Starliner şatlı ilə bağlı açıqlama verilib.

Sızmalardan birinin uçuşdan əvvəl, digərlərinin isə uçuş zamanı ortaya çıxdığı qeyd edilib.

Təsirə məruz qalan helium klapanlarından ikisinin bağlandığı və "kosmik gəminin stabil vəziyyətdə olduğu" bildirilib.

Boeing sözçüsü Jim May bildirib ki, sızıntılar astronavtlar üçün "risk yaratmır".

Məlumat üçün qeyd edək ki, iki təxirə salınmadan sonra Boeing dünən ilk dəfə kosmosa iki NASA astronavtını daşıyan Starliner servisini göndərdi.

NASA astronavtları Butch Wilmore və Suni Williams, Starliner şatlında, Beynəlxalq Kosmik Stansiyada (BKS) təxminən bir həftə qalmağı planlaşdırırlar.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər