Son dəqiqə

NASA

Boeing-in Starliner kosmik gəmisi ilk dəfə kosmosa göndərilib

Bakı. TurkicWorld:

Boeing, Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) iki astronavtını daşıyan Starliner kosmik gəmisini ilk dəfə kosmosa göndərib.

TurkicWorld xəbər verir ki, göyərtəsində iki NASA astronavtı olan Starliner Florida ştatındakı Kanaveral burnundan kosmosa buraxılıb.

NASA astronavtları Butch Wilmore və Suni Williams, Starlinerdə, Beynəlxalq Kosmik Stansiyada (BKS) təxminən bir həftə qalmağı planlaşdırırlar.

Bildirilir ki, uçuş uğurlu olarsa, NASA Starliner-ə BKS-ə müntəzəm səfərlər etməyə icazə verə bilər.

Xatırladaq ki, bundan əvvəl iki dəfə texniki problemlər səbəbi ilə Starlinerin uçuşu təxirə salınıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər