Son dəqiqə

NASA

Dünyaya qayıdış dördüncü dəfə təxirə salınıb

Bakı,TurkicWorld

Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) iki astronavtını daşıyan Boeing-in Starliner şatlının kosmik gəmisinin qayıtması dördüncü dəfə təxirə salınıb.

TurkicWorld xəbər verir ki, iyunun əvvəlində ISS-ə çatan Starliner ekipajının üzvləri Butch Wilmore və Suni Williams iyulun ikisinədək stansiyada qalmağa davam edəcəklər.

NASA səlahiyyətliləri, stansiyada 24 iyun və iki iyulda keçirilməsi planlaşdırılan iki kosmos gəzintisindən sonra geri dönüş tarixini qiymətləndirəcəklərini açıqlayıb.

NASA Ticarət Ekipajı Proqramının meneceri Steve Stich, təxirə salınmaların heç bir problem yaratmadığını və Starliner-in orbitdə yaxşı performans göstərdiyini söyləyib.

Mövzuya görə xəbərlər