Son dəqiqə

SpaceX NASA Türkiyə Kosmik Agentliyi (TUA)

Beynəlxalq Kosmik Stansiyanın ləğvi “Space X” şirkətinə həvalə edilib

Bakı. TurkicWorld :

ABŞ Aerokosmik Agentliyi NASA "Space X" şirkətinə Beynəlxalq Kosmik Stansiyanı (BKS) Yer atmosferinə gətirə biləcək texnika hazırlamağı sifariş verib.

TurkicWorld xəbər verir ki, müqavilənin qiyməti 843 milyon dollardır. Məhvetmə prosesi 2030-cu ildən sonraya nəzərdə tutulub.

NASA əvvəllər də bildirib ki, BKS məhv edilmək üçün Yerə yaxın məsafəyə gətirilərək okeana batırılacaq. 430 tonluq stansiyanın Yerə gətirilməsi çox güclü mühərrikə malik qurğu tələb edir. Missiya elə həyata keçirilməlidir ki, stansiya və ya onun qalıqları heç kimə zərər yetirməsin.

Mövzuya görə xəbərlər