NASA Marsda qədim gölün mövcudluğunu təsdiqləyən məlumatlar toplayıb

NASA Marsda qədim gölün mövcudluğunu təsdiqləyən məlumatlar toplayıb

Bakı. TurkicWorld:

NASA Marsda qədim gölün mövcudluğunu təsdiqləyən məlumatlar toplayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ Aeronavtika və Kosmik Agentliyi (NASA) bildirib.

Mars orbitindəki peyklərinin və səthdə araşdırma aparan "Perseverance" roverinin Marsda "Jezero krateri" adlı hövzədə qədim gölün mövcudluğunu təsdiq edən məlumatlar topladığını qeyd olunub.

Alimlər illərdir bildirirlər ki, bölgədəvvəllər su ilə dolu olub və qədim çaya ev sahibliyi edib.

Perseverance-in məlumatları göstərir ki, 3,5 milyard ildən çox əvvəl çay kanalları krater divarından aşıb və göl əmələ gətirib.

Alimlər bölgənin necə formalaşdığını və inkişaf etdiyini araşdırmaq üçün Mars qaya və torpağından nümunələr toplayacaqlar.

Hafiz Rufizoğlu