Son dəqiqə

NASA

Kosmosda qapalı qalan 2 astronavt fevrala qədər gözləyəcək - NASA

Bakı, TurkicWorld

Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Boeing şatlının nasazlığı səbəbindən təxminən 2 aydır kosmos stansiyasında qapalı qalan 2 astronavtı 2025-ci ilin fevral ayına qədər kosmosda saxlamağa qərar verib.

TurkicWorld xəbər verir ki, bu barədə NASA açıqlama verib.

Beləliklə, 2 astronavt üçün 1 həftə davam etməli olan sınaq uçuşu 8 aydan çox davam etmiş olacaq.

Xatırladaq ki, təcrübəli pilotlar Butch Wilmore və Suni Williams iyun ayından Beynəlxalq Kosmik Stansiyada qapalı qalıblar.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər