Son dəqiqə

Beynəlxalq Kosmik Stansiya NASA

BKS-ə göndərilən kosmanavtların missiyası uzadılıb

Bakı, TurkicWorld

Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndrəilən kosmonavtların missiya müddəti uzadılıb.

TurkicWorld xəbər verir ki, bu barədə NASA rəsmiləri açıqlama verib.

61 yaşlı Uilmor və 58 yaşlı Uilyams Boeing Starliner kosmik gəmisi ilə stansiyaya uçublar. Bununla belə, kosmik gəmi stansiyaya yaxınlaşdıqca təkan sistemində sızma və bəzi vasitələrin bağlanması kimi problemlər yaranıb.

NASA rəsmiləri bildiriblər ki, astronavtların necə geri dönəcəyi ilə bağlı hələlik yekun qərar verilməyib.

Seçim olaraq, iki astronavtın sentyabr ayında start götürəcək və 2025-ci ilin fevralında Yerə qayıdacaq SpaceX Crew Dragon missiyasına əlavə olunacağı düşünülür.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər