Son dəqiqə

Pakistan

Pakistanda mədəndə qaz sızması nəticəsində 11 nəfər ölüb

Bakı. TurkicWorld:

Pakistanın Bəlucistan əyalətində kömür mədənində qaz sızması nəticəsində 11 nəfər həyatını itirib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Kvetta əyalətinin dağ-mədən müfəttişi Əbdül Qani Baloch bildirib.

Hadisədə 11 nəfərin boğularaq həyatını itirdiyini bildirən Bəluç, bütün cəsədlərin minadan çıxarıldığını və onların hava yolu ilə daşınması üçün hazırlıqların görüldüyünü qeyd edib.

Dövlət rəsmiləri qəza ilə bağlı araşdırmalara başlanıldığını da bildiriblər.

Xatırladaq ki, mart ayında Bəlucistan əyalətində başqa bir şaxtada baş verən partlayışda 12 nəfər həyatını itirmişdi.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər