Son dəqiqə

Kipr Məscid

Kiprin yunan tərəfində məscidə hücum edilib

Bakı, TurkicWorld:

Kiprin yunan tərəfində Limassol şəhərində məscidə hücum edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyəti Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Limassol şəhərindəki tarixi Alban məscidinin divarlarına yazılar yazılıb və məscidə ziyan dəyib.

"Bu cür hücumlar irqçi zehniyyətin, türk və İslam varlığına qarşı dözümsüzlüyün açıq təzahürüdür", - deyə açıqlamada qeyd olunub.

Mövzuya görə xəbərlər