Son dəqiqə

Fələstin İsrail Məscid HƏMAS Qərb Sahili Ramallah münaqişə köçkünlər Cildjiliya dini obyekt

HƏMAS Qərb Sahilində məscidin yandırılmasını pisləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Fələstinin HƏMAS hərəkatı İsrail köçkünlərinin Qərb Sahilində məscidə hücum edərək onu yandırmasını kəskin şəkildə pisləyib.

TurkicWorld xəbər verir ki, hadisə Ramallah yaxınlığındakı Cildjiliya kəndində baş verib.

HƏMAS yaydığı bəyanatda həmçinin Qərb Sahilinin müxtəlif bölgələrində Fələstinlilərə məxsus əmlaklara edilən hücumları da qınayıb.

Təşkilat bu hadisələri “Fələstin xalqına, torpaqlarına və müqəddəs yerlərinə qarşı təhlükəli eskalasiya” kimi qiymətləndirib.

Bəyanatda qeyd olunub ki, bu cür hücumlar bölgədə gərginliyi daha da artırır və ciddi nəticələrə səbəb ola bilər.

Fələstin mediası İsrail köçkünlərinin Cildjiliya və Mazraa əl-Nubani kəndlərində məscidləri yandırdığını bildirib.

Təşkilat bu hücumların cavabsız qalmayacağını və müqavimətin davam edəcəyini vurğulayıb.

Mövzuya görə xəbərlər