BAKI,TurkicWorld
Pakistanın Xeybər-Paxtunxva əyalətinin Kohat şəhərində polis kompleksinin daxilində yerləşən məsciddə baş verən partlayış nəticəsində azı 16 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, partlayış cümə namazı zamanı törədilən intiharçı hücumu nəticəsində baş verib. Hadisənin təsirindən məscidin damının bir hissəsi uçub.
“1122” Xilasetmə Xidmətinin sözçüsü Bilal Əhməd Feyzi təcili yardım qruplarının dağıntılar altında qalanları xilas etmək üçün əraziyə cəlb olunduğunu bildirib. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, hadisə yerinə aparan yollar isə bağlanıb.
Xeybər-Paxtunxva polisinin baş inspektoru Zülfüqar Həmid partlayışdan sonra silahlı şəxslərlə atışmanın başladığını açıqlayıb. O, yaralıların müalicəsi üçün bütün zəruri tədbirlərin görülməsinə göstəriş verib.
Əyalətin baş naziri Süheyl Afridi və qubernator Feysəl Kərim Kundi hücumu pisləyərək zərərçəkənlərin yaxınlarına həmrəylik ifadə ediblər.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Pakistan rəsmiləri partlayışın dəqiq səbəbini və hadisəni törədən şəxsləri müəyyənləşdirmək üçün araşdırmaları davam etdirirlər.
#Breaking
— ⚡️🌎 World News 🌐⚡️ (@ferozwala) September 18, 2026
💥Blast Reported Near Police Lines in #KPK's Kohat
A blast was reported near the Old Police Lines in #Kohat, in #Pakistan’s northwestern Khyber Pakhtunkhwa province, with rescue teams transporting injured people to a nearby hospital, Dawn reported.
Rescue 1122…
💥#Pakistan: Bomb blast in #Kohat Police Lines mosque.
— ⚡️🌎 World News 🌐⚡️ (@ferozwala) September 18, 2026
Rescue 1122 spokesperson Bilal Ahmed Faizi said teams reached the scene after receiving the report and began rescue and relief operations.
Ambulances were transporting injured people to a nearby hospital, Faizi said, adding… pic.twitter.com/gtvhmUdRhp







