BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsinin növbəti mərhələsi Qarabağ və Şərqi Zəngəzur bölgələrində uğurla başa çatıb.
Bu barədə TurkicWorld-aDini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat verib.
Bu mərhələ çərçivəsində Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl və Tərtər rayonlarındakı bir sıra məscidə kitablar təqdim olunub. Nəşrlər arasında yalnız dini mövzulu əsərlər deyil, həm də fəlsəfə, tarix, ədəbiyyat və humanitar sahələrə aid kitablar, eləcə də Azərbaycan və dünya klassiklərinin nümunələri yer alıb.
Təşəbbüsün əsas məqsədi milli-mənəvi dəyərlərin cəmiyyətə çatdırılması, xüsusilə də gənclər arasında oxu vərdişlərinin artırılması, həmçinin məscidlərin yalnız ibadət məkanı kimi deyil, həm də ictimai-mədəni fəaliyyətlərin həyata keçirildiyi mərkəzlərə çevrilməsinə dəstək verməkdir. 2025-ci ildə ölkənin müxtəlif bölgələrində yerləşən 250 məscid kitabxana ilə təmin edilib. Layihənin cari ildə də davam etdirilməsi planlaşdırılır.
Bu mərhələ siyahıda göstərilən məscidləri əhatə edib:
Ağdam rayonu
- Ağdam rayonu, Xındırıstan kənd məscidi
Ağcabədi rayonu
- Ağcabədi şəhəri “Cümə” məscidi
- Ağcabədi rayonu, Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi
- Ağcabədi rayonu, Salmanbəyli kəndi “Heydər” məscidi
- Ağcabədi rayonu, Hindarx qəsəbə məscidi
Füzuli rayonu
- Füzuli rayonu “Əhli-Beyt” məscidi
- Füzuli rayonu, Böyük Bəhmənli kənd məscidi
Cəbrayıl rayonu
- Cəbrayıl rayonu, Cocuq Mərcanlı kənd məscidi
Tərtər rayonu
- Tərtər şəhəri “Cümə” məscidi
- Tərtər rayonu, Əskipara kənd məscidi







