Son dəqiqə

Fələstin BMT İsrail Qəzza UNRWA Rəfah

İsrailin Rəfahın təxliyə çağırışına reaksiyalar

Bakı. TurkicWorld:

İsrail fələstinliləri Qəzzanın Rəfah şəhərinin bəzi hissələrini təxliyə etməyə çağırıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, İsrail iddia edir ki, mülki vətəndaşların Rəfahdan çıxarılması, HƏMAS-a qarşı başladılacaq böyük əməliyyat öncəsi atılması gərəkən lazımi addımdır.

İsrailin bu bəyanatı müxtəlif reaksiyalara səbəb olub;


HƏMAS RƏSMİ SAMİ ƏBU ZUHURİ

"Bu, nəticələri olacaq təhlükəli eskalasiyadır. ABŞ administrasiyası işğalla yanaşı, bu terrora görə məsuliyyət daşıyır".


BMT-nin FƏLƏSTİNƏ YARDIM AGENTLİYİ UNRWA

"İsrailin Rəfaha hücumu daha çox mülki insanların qətlinə səbəb olacaq. Bu hücumun nəticələri 1,4 milyon insan üçün dağıdıcı olacaq. Agentlik Rəfahda mövcudluğunu mümkün qədər uzun müddət saxlayacaq və yardım göstərməyə davam edəcək”.

İSRAİLİN MÜDAFİƏ NAZİRİ YOAV QALLANT

"HƏMAS mövcud çərçivələrdən, daha doğrusu onlara təklif edilən danışıqlardan imtina edir.Alternativin olmadığı halda, Rəfah bölgəsi də daxil olmaqla, hərbi əməliyyat tələb olunacaq".


İSRAİL XARİCİ İŞLƏR NAZİRİ İSRAİL KATZ

Qəzzada ədalətli müharibəmiz eyni məqsədlərlə davam edir, bütün girovların azad ediləcək və HƏMAS məhv ediləcək

Mövzuya görə xəbərlər