Son dəqiqə

Fələstin İsrail Benyamin Netanyahu

Müharibə məqsədlərinə çatana qədər davam edəcək - Netanyahu

Bakı. TurkicWorld:

Müharibə məqsədlərinə çatana qədər davam edəcək.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bu gün verdiyi bəyanatda qeyd edib.

O, məhbusların azad edilməsi müqabilində Qəzza zolağında müharibənin dayandırılması tələblərini rədd etdiyini bir daha bəyan edərək, bunun HƏMAS-ın hakimiyyətdə qalmasına gətirib çıxaracağını və İsrail üçün təhlükə yaradacağını bildirib.

Digər tərəfdən, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bu gün verdiyi açıqlamada, HƏMAS-ın “təcavüzə son qoyacaq, geri çəkilməyə zəmanət verəcək və ciddi məhbus mübadiləsi razılaşmasını təmin edəcək hərtərəfli və bir-biri ilə əlaqəli razılaşma əldə etməyə hazır olduğunu” bildirib.

Məlumat üçün qeyd edək ki, bu bəyanatlar HƏMAS və İsrail arasında atəşkəs razılaşmasının əldə edilməsi və məhbusların mübadiləsi üçün Qahirədə keçirilən danışıqların ikinci gününə qədəm qoyarkən verilib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər