Son dəqiqə

Fələstin İsrail

İsrail fələstinliləri həbs etməyə davam edir

Bakı. TurkicWorld:

İsrail ordusu İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinliləri həbs etməyə davam edir.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatının (FAT) Fələstin Əsirlərinin İşləri Komitəsi və Fələstin Məhbuslar Dərnəyinin birgə bəyanatında qeyd edilib.

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 25 fələstinlini nəzarətə götürüb.

Açıqlamaya görə, həbslər Şərqi Qüdslə yanaşı, İordan çayının qərb sahilinin Nablus, Cenin, Qalkilya, Tulkerem, Ramallah, Yerixo və Hebron şəhərlərində də həyata keçirilib.

Qeyd edək ki, İsrailin Qəzza zolağına hücumlara başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə məhbus olan fələstinlilərin sayı 8 min 575-ə yüksəlib.

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə oktyabrın 7-dən bu yana İsrail əsgərləri və mülki yəhudi işğalçılarının hücumları nəticəsində 496 fələstinli həyatını itirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər