Fələstin İsrail Qəzza zolağı

İsrail ordusu Qəzzadakı su quyularını hədəf alıb

Bakı. TurkicWorld:

İsrail ordusu Qəzzadakı su quyularını hədəf alıb.

TurkicWorld xəbər verir ki, bu barədə Nuseyrat Qaçqınlar Düşərgəsi Bələdiyyəsindən verilən yazılı açıqlamada qeyd edilib.

İsrailin Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nuseyrat Qaçqınlar Düşərgəsinə hücumları zamanı 12 su quyusu, 2 sutəmizləyici qurğu və minlərlə metr su şəbəkəsinin məhv edildiyi bildirilib.

Açıqlamada İsrailin hücumlarının yerli xalqı su, kanalizasiya, zibil toplama kimi ən sadə insani xidmətlərdən belə məhrum etdiyi və bu vəziyyətin yoluxucu xəstəliklərin yayılmasına səbəb olduğu bildirilib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər