Son dəqiqə

Fələstin İsrail

İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinlilərə hücum edib

Bakı. TurkicWorld:

İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinlilərə hücum edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə yerli kütləvi informasiya vasitələri bildirib.

İşğal altındakı İordan çayının qərb sahilində buldozerlə yıxılan evin dağıntıları altından çıxmağa çalışarkən İsrail ordusunun atəş açaraq öldürdüyü fələstinlilərin sayı 6-ya yüksəlib.

İsrail əsgərlərinin Fələstin təcili yardımının cəsədlərə çatmasına icazə vermədiyi qeyd edilib. Həyatını itirən fələstinlilərin kimliyi ilə bağlı hələlik heç bir məlumat əldə edilməyib.

Xatırladaq ki, İsrail ordusunun Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər