Son dəqiqə

İsrail Qəzza zolağı

HƏMAS-a 40 günlük atəşkəs təklif edildi – Devid Kemeron

Bakı. TurkicWorld:

HƏMAS-a 40 günlük atəşkəs təklif edildi.

TurkicWorld xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib.

O, HƏMAS-a 40 günlük atəşkəs və İsrail məhbuslarının azad edilməsi müqabilində minlərlə fələstinli məhbusun azad edilməsi təklif edildiyini açıqlayıb.

“İsrailli əsirlərin və potensial olaraq minlərlə fələstinli məhbusun azad edilməsi müqabilində Qəzzada 40 günlük daimi atəşkəs üçün təklif var. Ümid edirəm ki, Həmas bu razılaşmanı qəbul edər.” – deyə o qeyd edib.

Kemeron bildirirb ki, məhbuslar azad edilmədikcə müharibə bitməyəcək.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər