Son dəqiqə

Fələstin İsrail İspaniya

İspaniyada Fələstinə dəstək yürüşləri keçirilib

Bakı. TurkicWorld:

Həftə sonu İspaniyanın 100-dən çox yerində Fələstinə dəstək nümayişləri keçirilib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə “Fələstinin İşğalına Qarşı Həmrəylik Şəbəkəsi” (RESCOP) qeyri-hökumət təşkilatı çağırış edib.

İsrailin Qəzzaya hücumlarının başlamasından bu yana son 6 ayda ölkə daxilində 4-cü dəfə iştirakla nümayiş təşkil edilib.

Nümayişçilər “Qəzzədə soyqırıma, Fələstində işğala, aparteidlərə, etnik təmizləməyə və məskunlaşma müstəmləkəçiliyinə yox” mesajını vurğulayıblar.

Madridin mərkəzində əllərində Fələstin bayraqları ilə yürüşə çıxan minlərlə insan, İsraili, ABŞ və Avropa Birliyini (AB) işbirlikçi olduqları səbəbiylə tənqid edib.

Nümayişi qızışdırmağa çalışan israilli kişi və qadınlar ispanların böyük reaksiyası ilə üzləşib və polisin müdaxiləsi ilə sürətlə ərazidən uzaqlaşdırılıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər