Son dəqiqə

İsrail Qəzza zolağı HƏMAS

Qəzzadakı kütləvi məzarlar İsrailin cinayətlərinin miqyasını göstərir

Bakı. TurkicWorld:

Qəzzadakı kütləvi məzarlar İsrailin cinayətlərinin miqyasını göstərir.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə HƏMAS Hərəkatı Nasser Hospital kompleksindəki kütləvi məzarlıqdan 190 cəsədin çıxarılması ilə bağlı açıqlama verib.

“Kütləvi məzarlıqlar, xüsusən də xəstəxana bağlarında tapılanlar İsrail ordusunun törətdiyi cinayət və vəhşiliyin miqyasını bir daha ortaya qoydu. Kütləvi məzarların tapılması Qəzza zolağında itkin düşənlərin taleyi ilə bağlı sualları bir daha gündəmə gətirir.” – deyə açıqlamada bildirilib.

Xatırladaq ki, axtarış-xilasetmə qrupları Nasser Hospital kompleksindəki kütləvi məzarlıqdan İsrail əsgərləri tərəfindən öldürülən müxtəlif yaş qruplarından kişi və qadın 190 nəfərin cəsədini çıxardığını açıqlayıb.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər