Son dəqiqə

İsrail Qəzza zolağı HƏMAS

Qəzzadakı kütləvi məzarlıqdan 200-ə yaxın cəsəd çıxarılıb

Bakı. TurkicWorld:

Qəzzadakı kütləvi məzarlıqdan 200-ə yaxın cəsəd çıxarılıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunus şəhərindən geri çəkildikdən sonra Nasser Hospital kompleksindəki kütləvi məzarlıqlar açılıb.

Qeyd edilib ki, axtarış-xilasetmə qrupları Nasser Hospital kompleksindəki kütləvi məzarlıqdan İsrail əsgərləri tərəfindən öldürülən müxtəlif yaş qruplarından kişi və qadın 190 nəfərin cəsədini çıxarıb.

Səhiyyə mənbələri, İsrail ordusunun Nasser xəstəxanasına basqın zamanı öldürdüyü fələstinliləri xəstəxana ətrafında iş maşınları ilə açdığı kütləvi məzarlıqlara basdırdığını bildirərək, şəhərdə təxminən 500 nəfərin hələ də itkin düşdüyünü vurğulayıb.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər