Son dəqiqə

İsrail Qəzza zolağı

İsrailin gecə boyu Qəzzaya etdiyi hücumlarda 20-ə yaxın insan ölüb

Bakı. TurkicWorld:

İsrailin gecə boyu Qəzzaya etdiyi hücumlarda 20-ə yaxın insan ölüb

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, İsrail qüvvələri 198-ci gündür Qəzza zolağına hücumlarını davam etdirirərək mülki əhalini hədəf alır.

İsrail döyüş təyyarələrinin Rəfah şəhərinə intensiv hücumları nəticəsində 9-u uşaq olmaqla azı 16 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. İsrailin Rəfahın mərkəzindəki Şabura düşərgəsində bir evi hədəf alması nəticəsində eyni ailədən üç nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər