Kanada İsrailə silah satışını dayandıracaq – Kanada XİN

Kanada İsrailə silah satışını dayandıracaq – Kanada XİN

Bakı. TurkicWorld:

Kanada İsrailə silah satışını dayandıracaq.

TurkicWorld AzerVoice istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli deyib.

O, Kanada hökumətinin gələcəkdə İsrailə silah satışını dayandıracağını açıqlayıb.

Hərbi malların və texnologiyanın ixracı üçün icazələri təsdiq və rədd etmək səlahiyyətinə malik olan nazir Coli, bu dəyişikliyin "simvolik olaraq qalmayacağını" və əhəmiyyətli olduğunu vurğulayıb.

Təklifdə “Fələstin Dövlətinin tanınması” ifadəsi “Fələstin Dövlətinin yaradılmasına dəstək” olaraq dəyişdirilib.

Təklifə düzəlişlər Kanada İcmalar Palatasında 204 leyhinə 117 əleyhinə səslə təsdiqlənib.

Hafiz Rufizoğlu