Bakı. TurkicWorld:
Türk Qızıl Aypara Cəmiyyətinin humanitar yardım materialı daşıyan 7-ci Xeyirxahlıq Gəmisi Ramazan ayı öncəsi Misirə çatıb.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, gəmidə 2 min 737 ton humanitar yardım daşınır.
Türk Qızıl Aypara Başçısı Fatma Meriç Yılmaz və bölgədəki Qızıl Aypara qrupu tərəfindən qarşılanan yardım gəmisindəki təcili yardım ləvazimatları ən qısa zamanda Qəzza xalqına çatdırılmaq üçün yük maşınlarına yüklənib.
Türk Qızıl Ayparasının ölkədəki mütəxəssis heyətinin rəhbərliyi ilə yüklənən yük maşınları Rəfah Sərhəd Qapısından keçərək Qəzzaya daxil olacaq.
Məlumat üçün qeyd edək ki, gəmidə hazır yemək, su, qida paketləri, un, geyim, gigiyena, çadır, yataq kisəsi, ədyal, tibbi avadanlıq və uşaq ləvazimatları kimi sığınacaq materiallarından ibarət 2737 ton yük var.
Hafiz Rufizoğlu







