Son dəqiqə

İsrail Qəzza zolağı HƏMAS

İsrail Qahirədə keçirilən atəşkəs danışıqlarını boykot edib

Bakı. TurkicWorld:

İsrail Qahirədə keçirilən atəşkəs danışıqlarını boykot edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, İsrail nümayəndə heyəti danışıqlar üçün Qahirədə iştirak etməyib.

HƏMAS sağ olan girovların adlarının tam siyahısı tələbini rədd etdikdən sonra İsrail bazar günü Qahirədə Qəzza zolağında atəşkəs danışıqlarını boykot edib.

İsrailin “Yedioth Ahronoth” qəzetinin onlayn versiyası olan Ynet, naməlum İsrail rəsmilərinə istinadən məlumatı təsdiq edib.

“HƏMAS əsirlərlə bağlı dəqiq cavab verməkdən imtina edir və buna görə də İsrail nümayəndə heyətini göndərmək üçün heç bir səbəb yoxdur”- deyə açıqlamada bildirilib.

Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 70 mindən çox adam isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər