Son dəqiqə

ABŞ Texas

Texasda meşə yanğınları ilə bağlı “fövqəladə vəziyyət” elan edilib

Bakı. TurkicWorld:

ABŞ-ın Texas ştatında fevralın 26-da başlayan meşə yanğınları ilə əlaqədar “fövqəladə vəziyyət” elan edilib.

TurkicWorld xəbər verir ki, ştat rəsmiləri yanğınlar səbəbilə 5 minə yaxın sakinin təxliyə edildiyini və yanğın başlayandan bəri təxminən 240 min hektar ərazinin yanğına məruz qaldığını bildirib.

Məlumata əsasən, yanğınlar saatda 64-96 kilometr sürətlə əsən küləklər səbəbiylə bölgəyə sürətlə yayılıb və tüstü səbəbindən bölgədə bir çox yol nəqliyyata bağlanılıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər