Bölgədəki müharibə dərhal dayandırılmalıdır – Qətər Baş naziri

Bölgədəki müharibə dərhal dayandırılmalıdır – Qətər Baş naziri

Bakı. TurkicWorld:

Bölgədəki müharibə dərhal dayandırılmalıdır.

TurkicWorld-un məlumatına görə, bu barədə Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani deyib.

“Bölgəmizdə əsas problem İsrailin təxribatları və məskunlaşanlara qarşı zorakılığıdır. Müharibənin davam etməsi üçün heç bir ağlabatan əsas yoxdur. Müharibə dərhal dayandırılmalıdır.” -deyə nazir bildirib.

O qeyd edib ki, İordan çayının qərb sahili və Qəzzanı əhatə edən vahid Fələstin dövləti yaradılmalıdır.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 775 nəfərə çatıb.

Hafiz Rufizoğlu