Son dəqiqə

İsrail Qəzza zolağı HƏMAS

İsrail ordusu itkilərini açıqlayıb

Bakı. TurkicWorld:

İsrail ordusu öldürülən əsgərlərinin sayını açıqlayıb.

TurkicWorld-un məlumatına görə, İsrail ordusu son 24 saat ərzində Qəzza zolağında döyüşlər zamanı doqquz əsgərin yaralandığını bildirib.

Beləliklə 2023-cü il oktyabrın 7-dən bu yana ölənlərin sayının 2864-ə çatdığını qeyd edilib.

Məlumat üçün bildirək ki, İsraildəki hərbi ekspertlər bu rəqəmlərin düz olmadığını ölənlərin və yaralananların sayının qat-qat çox olduğunu iddia edirlər.

Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 340 nəfərə çatıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər