Son dəqiqə

İsrail Malta BMT Təhlükəsizlik Şurası Qəzza HƏMAS

BMT Qəzzadakı münaqişə ilə bağlı "dərhal və uzunmüddətli fasilə" tələb edən qətnamə layihəsini qəbul edib

Bakı. TurkicWorld:

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) Qəzzadakı münaqişə ilə bağlı "dərhal və uzunmüddətli fasilə" tələb edən qətnamə layihəsi 15 üzvdən 12-nin “hə” səsi, 3-nün isə “bitərəf” səsi ilə qəbul edilib.

TurkicWorld xəbər verir ki, Maltanın BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsi fövqəladə sessiyada qəbul edilib.

Məlumata əsasən, qətnamədə HƏMAS və digər qruplaşmalardan bütün girovların, xüsusilə də uşaqların azad edilməsi tələb edilib və Qəzzada mülki əhalinin əsas ehtiyaclarının təmin edilməsi,koordinasiya və qabaqcadan məlumatın vacibliyi ifadə edildi və uşaqların, xəstələrin və işçilərin hərəkəti ilə bağlı xüsusilə BMT ilə əlaqə tələb edilib.

Bundan əlavə, BMT-nin Baş katibi Antonio Quterreşdən qərarın icrası ilə bağlı BMT TŞ-yə məlumat verməsi istənilib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) üç daimi üzvü, Rusiya, ABŞ və Böyük Britaniya Qəzzadakı münaqişədə "dərhal və uzunmüddətli fasilə" tələb edən qətnamə layihəsinə səsvermədə bitərəf qalıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər