Son dəqiqə

Mahaçqala

Mahaçqala hava limanı fəaliyyətini bərpa edib

Bakı. TurkicWorld:

Mahaçqala hava limanı iğtişaşlardan sonra fəaliyyətini bərpa edib.

TurkicWorld xəbər verir ki, bu barədə hava limanının baş direktoru Said Ramazanov TASS agentliyinə bildirib.

"Hava limanı fəaliyyətini tam bərpa edib. Daxili və beynəlxalq reysləri qəbul edirik", - o deyib.

Qeyd edək ki, oktyabrın 29-u gecə saatlarında Mahaçqala hava limanında iğtişaş baş verib. Aksiya iştirakçıları uçuş zolağına, həmçinin aerportun binasına daxil olublar. Hadisə yerinə gələn polis əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb. Doqquz polis əməkdaşının xəsarət aldığı və ikisinin xəstəxanaya yerləşdirildiyi deyilir.

Hadisə ilə əlaqədar olaraq cinayət işi açılıb.

Mövzuya görə xəbərlər