Son dəqiqə

Xəzər dənizi Rusiya neft Dağıstan Mahaçqala Fedor Şukin

Dağıstan dron hücumuna məruz qalıb

BAKI,TurkicWorld

Dağıstanın Mahaçqala şəhəri sentyabrın 10-na keçən gecə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Bu barədə Rusiya KİV-ləri Dağıstan başçısı Fedor Şukinə istinadən məlumat yayıb.

Məlumata görə, dronların dağıntılarının yerə düşməsi nəticəsində dəniz limanında və Avar teatrında yanğınlar baş verib. Yanğınlar söndürülüb, xəsarət alan olmayıb.

Mahaçqala limanı Rusiyanın Xəzər dənizində yerləşən yeganə dərinsulu, donmayan limanıdır. Limanın illik ixrac gücü 7,9 milyon tona qədər neft və neft məhsulları təşkil edir.

Mövzuya görə xəbərlər