Son dəqiqə

Dağıstan Mahaçqala

Mahaçqala və Dərbənddə iki pravoslav kilsəsi və sinaqoqa hücum edilib

Bakı. TurkicWorld:

Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna hücum edilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.

Komitədən bildirilib ki, bir keşiş və polis məmurları öldürülüb.

Dağıstan üzrə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Mahaçqalada yol polisi postunun atəşə tutulmasından sonra Maqomedqaciyev küçəsində naməlum şəxslərlə qarşıdurma davam edir.

Mövzuya görə xəbərlər