Bakı. TurkicWorld:
ABŞ Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) və Birləşmiş Millətlər Təşkilatının Sülh Qüvvələri arasında Pile-Yiğitler yolunun tikintisi ilə bağlı əldə olunan razılaşmadan məmnundur.
TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Metyu Miller öz rəsmi X sosial media hesabında paylaşım edib.
“Biz danışıqları davam etdirmək üçün BMT nümayəndəsinin təyin olunmasını dəstəkləməyə davam edirik”, - deyə o əlavə edib.
Qeyd edək ki, Pile-Yiğitler Yolu Layihəsi, KKTC-dən BMT-nin nəzarətində olan Yaşıl Xətt üzərindən Kipr Türklərinin yaşadığı Pile kəndinə asan girişi təmin etmək üçün humanitar səbəblərlə KKTC tərəfindən hazırlanıb.
Ləman Əsədli
Twitter: Lamanasadli01







