Bakı. TurkicWorld:
"Falcon 9" daşıyıcı raketi "Starlink" sisteminin qlobal internet əhatə şəbəkəsinin orbital qrupunu artırmaq üçün 22 mini peykdən ibarət daha bir partiyanı uğurla orbitə çıxarıb.
TurkicWorld-in məlumatına görə, bu barədə "SpaceX" şirkəti xəbər verib.
"22 "Starlink" peykinin orbitə buraxılması təsdiqlənib", - deyə bildirilib.
Buraxılış Florida ştatının Kanaveral burnunda yerləşən 40-cı buraxılış kompleksindən ABŞ-ın Şərq sahilləri vaxtı ilə şənbə günü saat 23:38-də baş tutub. Raketin buraxılışından təxminən bir saat sonra peyklər orbitə çıxarılıb.
Bu, "Starlink" layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 110-cu, bu ilin əvvəlindən isə 41-ci buraxılışıdır.