Bayden hökuməti ilə Texas arasında gərginlik

Bayden hökuməti ilə Texas arasında gərginlik

Bakı. TurkicWorld:

ABŞ-da Bayden hökuməti Texas qubernatoru Qreq Ebbotun Meksika ilə sərhəddə Ria Qrande çayında üzən baryer qurmasını "insanlıqdan kənar" adlandırıb.

TurkicWorld xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer mətbuat konfransında məlumat verib.

Texas qubernatorunun Ria Qrande çayında qurduğu baryeri "qanunsuz" və "insanlıqdan kənar" adlandıran Ağ Evin mətbuat katibinin sözlərinə görə, "bunun əslində Bayden hökumətinin tətbiq etdiyi miqrasiya siyasətini baltaladığını" deyib.

Texas qubernatoru tərəfindən Ria Qrande çayında üzən baryer qurulmasının çaya girişin və sərhəd patrullarının fəaliyyətinə mane olduğunu bildirən K.Jan-Pyer Ebbotun illərdir pozulmuş miqrasiya sistemi ilə irəliləməyə çalışmağının problemi həll etməyəcəyini qeyd edib.

Texas qubernatoru isə öz növbəsində Ədalət Məhkəməsinə göndərdiyi məktubda sözügedən üzən baryerləri qaldırmayacağını qeyd edərək Bayden hökumətini qanunsuz sərhəd keçidlərinin qarşısını almaq üçün yetərincə tədbir görməməkdə ittiham edib və onlarla məhkəmədə üzləşməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi miqrasiya siyasətini müəyyən etmə səlahiyyətinin federal hökumətə aid olduğunu vurğulayaraq Texas ştatının hökumətindən baryeri aradan qaldırmasını tələb etmiş, əks halda onları məhkəməyə verməklə təhdid etmişdi.

Qeyd edək ki, bu il ABŞ ərazisinə sözügedən ərazidən 270 min qanunsuz miqrantın keçdiyi deyilir.