Bakı. TurkicWorld:
"SpaceX" şirkəti "Starlink" internet peykləri ilə birlikdə "Falcon 9" raketinin buraxılışını sabaha təxirə saldı.
TurkicWorld-in məlumatına görə, bu barədə şirkətdən bildiriblər.
Məlumata əsasən, buna əlverişsiz hava şəraiti səbəb olub.
Buraxılış Florida ştatının Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələri bazasındakı 40-cı start kompleksindən ABŞ-ın Şərq sahilləri vaxtı ilə bazar günü saat 19:09-da baş tutacaq.
Bu, "Starlink" layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 96-cı, bu ilin əvvəlindən isə 27-ci buraxılışıdır. "SpaceX" artıq bu peyklərdən 4,8 mindən çoxunu orbitə çıxarıb.