Son dəqiqə

Rusiya Sergey Narışkin

Rusiyada vətəndaş müharibəsini alovlandırmaq cəhdi uğursuzluğa düçar oldu - Narışkin

Bakı. TurkicWorld:

Keçmişdəki nailiyyətləri bu gün hərbi qiyam etməyə haqq qazandırmır.

TurkicWorld xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.

Rusiya XKX rəhbəri hərbi qiyama cəhdi ən dəhşətli cinayət adlandırıb. Onun sözlərinə görə, cəmiyyəti silkələmək, qardaş qırğınına səbəb olan vətəndaş müharibəsini alovlandırmaq cəhdi uğursuzluğa düçar olub: "Rusiya vətəndaş cəmiyyəti yetkinlik nümayiş etdirdi".

Qeyd edək ki, ötən gün axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, "Vaqner"in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, "Vaqner" qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var.

Bundan sonra Priqojin "25 minlik ordu ilə" Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq "hərbi çevrilişinə cəhd" maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.

Mövzuya görə xəbərlər