Son dəqiqə

Qətər Səudiyyə Ərəbistanı Yəmən Husilər Qırmızı dəniz enerji bazarı Bab əl-Məndəb boğazı

Bab əl-Məndəb boğazı ilə bağlı narahatlıq artır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qətər husilərin Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus neft tankerlərinə hücumlarını pisləyərək bu addımı beynəlxalq hüququn ciddi pozuntusu kimi qiymətləndirib.

TurkicWorld xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Doha Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bir daha vurğulayıb.

Bəyanatda beynəlxalq ictimaiyyət Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Yəmən və Qırmızı dənizdə gəmiçiliklə bağlı qəbul etdiyi qətnamələrin icrasını təmin etməyə çağırılıb.

Qətər, həmçinin Omanın Yəməndə sülh prosesinin bərpasına yönəlmiş vasitəçilik səylərini yüksək qiymətləndirdiyini bildirib.

Məlumata görə, husilər Bab əl-Məndəb boğazını bağlamağa nail olacağı təqdirdə, dünya üzrə neft ixracının təxminən 7 faizi dayana bilər.

Mütəxəssislər hesab edirlər ki, belə bir ssenari topdansatış enerji qiymətlərinin daha da artmasına və qlobal enerji böhranının dərinləşməsinə səbəb ola bilər.

Mövzuya görə xəbərlər