BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail Livanın cənubunda yerləşən Nəbətiyyə əl-Fövqa qəsəbəsindəki Qəndur xəstəxanasına hava zərbəsi endirib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
TurkicWorld xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi hücumun Nəbətiyyə əl-Fövqa qəsəbəsində yerləşən Qəndur xəstəxanasını hədəf aldığını bildirib.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya yaralananlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Hadisənin təfərrüatları və hücumun nəticələri ilə bağlı araşdırmalar davam edir. Rəsmi qurumların əlavə məlumat yayacağı gözlənilir.







