Son dəqiqə

İsrail ABŞ Livan Yaxın Şərq Hizbullah Nəvaf Salam sülh danışıqları

ABŞ-nin dəstəklədiyi çərçivə sənədi sülh danışıqlarına yol açır - Livan Baş naziri

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livanın Baş naziri Nəvaf Salam ABŞ-nin dəstəyi ilə İsraillə imzalanmış çərçivə sənədinin sülh danışıqları üçün yol xəritəsi rolunu oynadığını, lakin hüquqi baxımdan sülh sazişi hesab edilmədiyini bildirib.

TurkicWorld xəbər verir ki, Nəvaf Salam yerli televiziya kanalına müsahibəsində "çərçivə sazişi" ifadəsinin yanlış anlaşıldığını deyib. Onun sözlərinə görə, söhbət tərəflər arasında yekun razılaşmaya aparacaq danışıqların istiqamətini müəyyənləşdirən çərçivədən gedir.

Baş nazir vurğulayıb ki, Livan İsraillə danışıqlar aparmaq tərəfdarı olmasa da, iki müharibənin minlərlə insanın həyatına son qoymasından sonra mövcud mərhələyə gəlib çıxıb. O bildirib ki, əsas məqsəd uzunmüddətli sabitliyə nail olmaqdır.

Məlumata görə, ABŞ-nin dəstəyi ilə hazırlanan çərçivə sənədi ötən cümə günü Livan və İsrail arasında imzalanıb. Sənəd iki ölkə arasında sülh danışıqlarının başlanması üçün hüquqi və siyasi əsas yaratmağı hədəfləyir.

Bununla yanaşı, Hizbullah hərəkatı sözügedən razılaşmanı tanımadığını açıqlayıb. Təşkilat silahsızlanmaq və ya fəaliyyətini dayandırmaq niyyətində olmadığını bəyan edib.

Mövzuya görə xəbərlər