Son dəqiqə

İran Silahlı Qüvvələr Hörmüz boğazı Gəmi keçidi icazəsi X sosial şəbəkəsi Fars Körfəzi Boğaz İdarəsi (PGSA) Naviqasiya qaydaları

Fars Körfəzi Boğaz İdarəsi qanunsuz keçidi cəzalandıracağını açıqlayıb

BAKI,TurkicWorld Yusif Şərifzadə

İranın Hörmüz boğazının idarə olunması məqsədilə yaratdığı yeni qurum Fars Körfəzi Boğaz İdarəsi (PGSA) sosial şəbəkə platforması X-də rəsmi hesabını qeydiyyatdan keçirərək bildirib ki, boğazdan keçən bütün gəmilər qurumun icazəsini almalıdır.

TurkicWorld xəbər verir ki, qurum açıqlamasında qeyd edib: “İran İslam Respublikasının Silahlı Qüvvələri və aidiyyəti qurumları tərəfindən əvvəlcədən müəyyən edilmiş Hörmüz boğazı sərhədləri daxilində naviqasiya həmin qurumlarla tam koordinasiya əsasında həyata keçirilməlidir və icazəsiz keçid qanunsuz hesab olunacaq.”

Açıqlama bölgədə artan gərginlik və Hörmüz boğazında təhlükəsizlik məsələləri fonunda verilib. Yeni qaydalar boğazdan keçən beynəlxalq gəmilər üçün ciddi nəzarət və icazə sistemi tətbiq edəcəyini göstərir.

Mövzuya görə xəbərlər