İsrail Böyük Britaniya Qəzza zolağı Qəzza İsrail və Qəzza münaqişəsi Qəzza münaqişəsi 2025 İsrailin Qəzza siyasəti İsrailin Qəzza blokadası Qəzza müharibəsi 2025

Britaniya İsrailə sanksiya tətbiqini nəzərdən keçirir

BAKI, TurkicWorld, Səməd Əyyubov

Böyük Britaniya hakimiyyəti İsrailin Qəzza zolağını tamamilə işğal etməsi halında yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

TurkicWorld xəbər verir ki, bu barədə "The Sunday Times" qəzeti məlumat yayıb.

Nəşr yazır ki, bir sıra Britaniya nazirliklərinə İsrail belə bir addım atacağı təqdirdə sanksiyalar paketi hazırlamaq tapşırılıb.

Qeyd olunur ki, Britaniya Xarici İşlər Nazirliyi də İsrailin Baş naziri Benyamin Netanyahunun hökumətinə Qəzzanın işğalının qəbuledilməz olduğunu göstərmək məqsədilə müxtəlif sanksiya variantlarını nəzərdən keçirir. Baş nazir Kir Starmerin ofisi isə məsələ ilə bağlı şərh verməyib.

Xatırladaq ki, iyun ayında London İsrailin maliyyə naziri Betsalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyalar tətbiq edib. Bundan əlavə, Böyük Britaniya İsraillə azad ticarət sazişi üzrə danışıqları dayandırıb.

Qeyd edək ki, bundan əvvəl İsrailin hərbi-siyasi kabineti baş nazir Netanyahunun Qəzza şəhərinin bütün ərazisinə nəzarəti ələ keçirmək və hərbi əməliyyatları genişləndirmək planını təsdiqləmişdi.

Mövzuya görə xəbərlər