Son dəqiqə

Fenerbahçe İlk saniyədə vurulan qollar Türkiyə liqası futbol rekordları Süper Liqa sürətli qollar Süper Liqa rekord qollar Türkiyə futbolu statistikası Trabzonspor Galatasaray

Türkiyə Süper Liqasında ilk saniyələrdə vurulan qolların siyahısı

BAKI, TurkicWorld, Nailə Babazadə

Bu mövsüm 68-ci yaşına qədəm qoyacaq – əvvəllər "Türkiyə 1-ci Futbol Liqası", son illərdə isə "Süper Liqa" adı ilə tanınan yarışın indiyə qədər qeydə alınan ən erkən qolu, 2021–2022 mövsümündə Gaziantep FK futbolçusu Muhammet Demir tərəfindən vurulub.

2021–2022 mövsümünün 6-cı turunda, 22 sentyabr 2021-ci ildə Kalyon Stadionunda keçirilən Gaziantep FK – Medipol Başakşehir (1:0) qarşılaşmasının cəmi 10-cu saniyəsində qapını dəqiq nişan alan Muhammet Demir, liqa tarixində indiyədək vurulmuş ən erkən qolu qeydə alıb.

Bundan əvvəl qeydə alınmış ən erkən qol isə 2008–2009 mövsümünün 13-cü turunda, 29 noyabr 2008-ci ildə keçirilən və ev sahibi komandanın 4:3 hesabı ilə qalib gəldiyi Eskişehirspor – Denizlispor matçının 12-ci saniyəsində, Denizlisporun Trinidad və Tobaqodan olan futbolçusu Darryl Bevon Roberts tərəfindən vurulmuşdu.
İlk 30 saniyədə vurulmuş digər qollar:

Türkiyə çempionatının yüksək liqasında bu iki qoldan əlavə, ilk 30 saniyə ərzində vurulmuş digər qollar aşağıdakılardır:

13-cü saniyə – 2022–2023 mövsümü, Galatasaray – Trabzonspor (Maxi Gomez – Trabzonspor)

15-ci saniyə – 2005–2006 mövsümü, Sivasspor – Kayserispor (İlhan Parlak – Kayserispor)

17-ci saniyə – 2007–2008 mövsümü, Trabzonspor – Gaziantepspor (Umut Bulut – Trabzonspor)

18-ci saniyə – 2001–2002 mövsümü, Galatasaray – Göztepe (Vedat İnceefe – Galatasaray)

20-ci saniyə – 2007–2008, Sivasspor – Kasımpaşa (Musa Aydın – Sivasspor)

2009–2010, Kasımpaşa – Kayserispor (Yekta Kurtuluş – Kasımpaşa)

2015–2016, Kasımpaşa – Osmanlıspor (Andre Castro De Pereira – Kasımpaşa)

2023–2024, Adana Demirspor – Antalyaspor (David Akintola – Adana Demirspor)

21-ci saniyə – 1995–1996, Beşiktaş – Fenerbahçe (Elvir Boliç – Fenerbahçe)

22-ci saniyə – 2005–2006, Denizlispor – Beşiktaş (Alessandro Andrade de Oliveira – Denizlispor)

2008–2009, Denizlispor – Gençlerbirliği (James Troisi – Gençlerbirliği)

2008–2009, Kocaelispor – Gaziantepspor (Ahmet Dursun – Kocaelispor)

2010–2011, Manisaspor – Karabükspor (Joshua Simpson – Manisaspor)

23-cü saniyə – 2024–2025, Beşiktaş – Antalyaspor (Braian Samudio – Antalyaspor)

24-cü saniyə – 1998–1999, Kocaelispor – Adanaspor (Ali Asım Balkaya – Adanaspor)

2007–2008, Konyaspor – Manisaspor (Filip Holosko – Manisaspor)

25-ci saniyə – 2006–2007, Gençlerbirliği – Trabzonspor (Okan Öztürk – Gençlerbirliği)

2024–2025, Konyaspor – Fenerbahçe (Pedrinho – Konyaspor)

26-cı saniyə – 2009–2010, Sivasspor – MKE Ankaragücü (Yannick Kamanan – Sivasspor)

2013–2014, Kasımpaşa – Konyaspor (Hasan Kabze – Konyaspor)

2019–2020, MKE Ankaragücü – Göztepe (Halil Akbunar – Göztepe)

27-ci saniyə – 2007–2008, Sivasspor – Kasımpaşa (Musa Aydın – Sivasspor)

2020–2021, Galatasaray – Gençlerbirliği (Mbaye Diagne – Galatasaray)

28-ci saniyə – 2011–2012, Samsunspor – Kayserispor (James Troisi – Kayserispor)

2018–2019, Yeni Malatyaspor – Göztepe (Ömer Şişmanoğlu – Yeni Malatyaspor)

2020–2021, Başakşehir – Gençlerbirliği (Sefa Yılmaz – Gençlerbirliği)

30-cu saniyə – 2002–2003, Gaziantepspor – Elazığspor (Erdal Güneş – Gaziantepspor)

2007–2008, Ankaraspor – Kayserispor (Gökhan Ünal – Kayserispor)

2017–2018, Galatasaray – Yeni Malatyaspor (Younes Belhanda – Galatasaray)

Mövzuya görə xəbərlər