BAKI,TurkicWorld, Nailə Babazadə
Futbolda qanunsuz mərc və oyun alqı-satqısı iddiaları üzrə aparılan istintaq çərçivəsində klub funksionerləri də daxil olmaqla 31 şübhəli saxlanılıb.
TurkicWorld xəbər verir ki, İstanbul Baş Prokurorluğu, ictimaiyyətdə “Futbolda Mərclik Araşdırmaları” kimi tanınan araşdırma çərçivəsində həyata keçirilən yeni əməliyyatla bağlı açıqlama yayıb.Araşdırma zamanı bəzi klub funksionerlərinin öz komandalarının oyunlarına şübhəli seçimlər üzrə mərc etdiyi müəyyənləşdirilib.
Prokurorluğun qərarından sonra İstanbul şəhəri, eləcə də Adana, Ankara, Antalya, Dənizli, Giresun, İzmir, Konya və Muğla vilayətlərində müəyyən edilmiş ünvanlara eyni vaxtda əməliyyatlar keçirilib. Əməliyyat nəticəsində 31 şübhəli saxlanılıb.
İstintaq tədbirləri davam edir.





