Son dəqiqə

UEFA Avropa Liqası Fenerbahçe

Fenerbahçe Mançester Yunayted -ə qarşı

Bakı,TurkicWorld

Türkiyənin Fenerbahçe klubu UEFA Avropa Liqasının üçüncü turu çərçivəsində İngiltərənin Mançester Yunayted klubu ilə qarşılaşacaq.

TurkicWorld xəbər verir ki, görüş bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Fenerbahçenin heyətində İsmail Yüksek, Osayi-Samuel və İrfan Can Eğribayat zədə səbəbindən oyunu buraxacaq.

Komandalar daha əvvəl 2016-cı ildə Avropa liqasının qrup mərhələsində üz-üzə gəliblər. Səfərdə 4-1 hesabı ilə məğlub olan Türkiyə təmsilçisi, evində 2-1 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, iki turdan sonra Fenerbahçe dörd xal ilə 14-cü pillədə, Mançester Yunayted isə iki xalla 21-ci pillədə yer alıb.

Mövzuya görə xəbərlər