ABŞ Avropa Gömrük tarifi Donald Tramp Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA)

Avropalı avtomobil istehsalçıları ABŞ-ın rüsumlarından narahatdırlar

BAKI,TurkicWorld

Avropalı avtomobil istehsalçıları, ABŞ-ın avtomobil idxalına 25 faiz gömrük rüsumu tətbiq etməsindən narahatdırlar.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiyasiyasının (ACEA) baş direktoru Siqrid de Vries, ABŞ-ın tətbiq etdiyi yeni avtomobil tariflərinin qlobal avtomobil istehsalçılarına və ABŞ-dakı istehsalına mənfi təsir göstərəcəyini vurğulayıb.

Vries, ABŞ hökumətinin sektora tətbiq etdiyi əlavə tariflərin avtomobil sənayesinin transformasiyasına və beynəlxalq rəqabətin artmasına təsir edəcəyini bildirib.

O, həmçinin ABŞ-da istehsal edilən avtomobillərin 50%-60%-nin ixrac edildiyini və bu tədbirin həm ABŞ iqtisadiyyatına, həm də Avropa istehsalçılarına zərər verəcəyini qeyd edib. Vries, tərəflərin bu məsələləri dialoq yolu ilə həll etməli olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, yerli istehsalı artırmaq məqsədilə 2 aprel tarixindən etibarən minik və yük maşınlarına 25 faiz rüsum tətbiq edən sərəncam imzalayıb.

Mövzuya görə xəbərlər