Qətər İvan İvanov Gimnastikası üzrə Dünya kuboku Nikita Simonov

Azərbaycanlı gimnast Qətərdə keçirilən yarışda bürünc medal qazanıb

Martın 2-də Qətərin Doha şəhərində idman gimnastikası üzrə Dünya kubokuna start verilib. Yarışda Azərbaycanı yığma komandanın üzvləri Nikita Simonov və İvan Tixonov təmsil edirlər.

TurkicWorld Azərbaycan Gimnsatika Federasiyasına istinadən xəbər verir ki, yarışların üçüncü günündə gimnastımız Nikita Simonov uğurla çıxış edərək halqa ilə hərəkətlərin icrasında bürünc medal qazanıb.

Digər təmsilçimiz İvan Tixonov da parallel qollar və turnik hərəkətlərinin icrasında finala vəsiqəni təmin edib. İdmançımız sabah finalda mübarizə aparacaq.

Mövzuya görə xəbərlər