Bakı,TurkicWorld
İsrail ordusunun Qəzza zolağındakı Şati Qaçqınlar Düşərgəsində hərəkət edən avtomobilə hücumu nəticəsində Əl-Cəzirə telekanalının iki müxbiri öldürülüb.
TurkicWorld xəbər verir ki, bu barədə Fələstin hökumətinin Qəzzadakı Media Ofisindən yazılı açıqlama verilib.
Açıqlamada, İsrailin hücumu nəticəsində Əl-Cəzirə müxbiri İsmayıl əl-Gül və operator Rami er-Rifinin həyatını itirdiyi bildirilib.
Qeyd edək ki, İsrailin Qəzza zolağına etdiyi hücumlarda həyatını itirən jurnalistlərin sayının 165-ə yüksəldiyi qeyd edilib.
Bəyanatda beynəlxalq ictimaiyyət və təşkilatlar soyqırım törədən İsrailin davam edən cinayətlərini beynəlxalq məhkəmələrdə araşdırmağa və fələstinli jurnalistlərə qarşı hücumları dayandırmaq üçün İsrailə təzyiq göstərməyə çağırılıb.